Yuxarı

Ali dini lider amnistiya elan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ali dini lider amnistiya elan etdi

İranın ali lideri Ayətullah Əli Xamneyi İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə İran həbsxanalarında olan qadın məhbuslar üçün amnistiya elan edib.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Məhəmməd Peyğəmbərin (s) qızı Həzrət Fatimənin (ə) doğum günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda Konistitusiyanın 110-cu maddəsinin 11-ci bəndini rəhbər tutaraq 2014-cü ilin aprel ayının 20-dək İran həbsxanalarında həbsdə saxlanılan qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanması xahiş olunub. Ə.Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Qərara əsasən, 6 ayadək müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslərə, öhdəsində azyaşlı uşaq olan qadınlara, həyat yoldaşı həbsdə olan qadınlara , borca görə məhkum olunmuşlara amnistiya tətbiq olunaraq azadlığa buraxılacaqlar.

Həmçinin 6 aydan 5 il və daha çox azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının yarısının bağışlanması nəzərdə tutulub.

Amnistiya qərarı cinayət və xüsusilə ağır cinayət törədən şəxslərə, qaçaqçılara, silahlı basqınlara, quldurluq, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunanlara, silah və sursat qaçaqçısı, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış şəxslərə tətbiq olunmayacaq.

Qeyd edək ki, bu gün (aprelin 20-si) İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) qızı Həzrət Fatimənin (ə) doğum günüdür /Trend/.

Tarix
2014.04.20 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla