Yuxarı

Gürcüstan prezidentinin səlahiyyətləri azaldılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan prezidentinin səlahiyyətləri azaldılır

Fövqəladə hallar və hərbi vəziyyət zamanı Gürcüstan Silahlı Qüvvələri prezidentin deyil, baş nazirin əmri ilə hərəkət edəcək.

Report-un xəbər verir ki, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyası belə bir təşəbbüslə çıxış edərək hazırladığı yeni qanun layihəsini yeni konstitusiya komissiyasına təqdim edib.

Yeni layihəyə əsasən, Silahlı Qüvvələrin tərkibini hökumət təsdiq edəcək. Eyni zamanda, Silahlı Qüvvələrin sayının son həddi barədə qərarı da parlamentə hökumət təqdim edəcək.

Hakim partiyanın hazırladığı sənədə əsasən, prezident yanında Milli Təhlükəsizlik Şurasını da Müdafiə Şurası əvəz edəcək. Müdafiə Şurası daimi fəaliyyət göstərməyəcək. Şura yalnız hərbi təcavüz zamanı yaradılacaq.

Prezidentin Ali Baş Komandan kimi yalnız Baş Qərargah rəisinin istefasını qəbul etmək, yenisini təyin etmək, ali hərbi rütbələr vermək, hərbi və fövqəladə vəziyyət elan etmək səlahiyyəti qalacaq.

Tarix
2017.03.05 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla