Yuxarı

Çin 2017-dəki hədəflərini açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin 2017-dəki hədəflərini açıqladı

Çin Xalq Respublikası (ÇXR) hökuməti cari ildə ümumi daxili məhsulun artımını 6,5 faiz səviyyəsində hədəfləyib.

Azərtac-ın məlumatına görə, bu barədə ÇXR Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan 12-ci çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının beşinci sessiyasında hökumətin hesabatını təqdim edərkən deyib.

Qeyd edək ki, bu rəqəm dünyanın ikinci ən böyük iqtisadiyyatına malik Çinin son 25 ildə ən aşağı ümumi daxili məhsul artımı göstərici ola bilər. Belə ki, Çinin ildən-ilə artan iqtisadi inkişaf tempində son 6 ildə hər il azalma müşahidə olunur. Ötən il Çinin ümumi daxili məhsulu 6,7 faiz artmışdı.

Baş nazir bildirib ki, hökumət bu il şəhər yerlərində 11 milyon yeni iş yeri açmağı planlaşdırır ki, bu da ötənilki rəqəmdən 1 milyon çoxdur.

Ölkənin ali qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında Çin üzrə təxminən 3 minə yaxın nümayəndə iştirak edir. Bir həftə davam edəcək sessiyada ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, cari il üçün ölkə büdcəsi və iqtisadi inkişaf planı təsdiq olunacaq.

Ümumçin Xalq Nümayəndələri Yığıncağının hər çağırışının səlahiyyət müddəti 5 ildir. Onun sessiyaları ildə bir dəfə çağırılır. Sessiyalar arasında olan müddət ərzində Ümumçin Xalq Nümayəndələri Yığıncağının funksiyalarını onun Daimi Komitəsi həyata keçirir. Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyası ilə paralel olaraq Ümumçin Siyasi Məşvərət Şurasının illik iclası da keçirilir.

Tarix
2017.03.05 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla