Yuxarı

Trampla Blerin gizli razılaşması yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampla Blerin gizli razılaşması yayıldı

Böyük Britaniyanın sabiq baş naziri Toni Bler martın 1-də gizli şəkildə ABŞ-ın paytaxtı Vaşinqtona səfər edib.

Axar.az “Meil on Sandi” qəzetinə istinadən xəbər verir ki, Bler Ağ Evdə Trampın baş müşaviri Cerard Kuşner ilə gizli danışıqlar aparıb. Tərəflərin Yaxın Şərqdəki vəziyyət və regionda sülhün tənzimlənməsi ilə bağlı müzakirə apardığı bildirilir.

Həmçinin Blerin Yaxın Şərqdə nə kimi rol oynayacağı ilə bağlı da fikir mübadiləsi aparılıb.

İddiaya görə, sabiq nazirin Kuşner tərəfindən Yaxın Şərqin “memarı” olaraq Trampın komandasına dəvət edilməsi gözlənilir.

Lakin qanuni olaraq, Blerin ABŞ administrasiyasında vəzifə tutmaq hüququnun olmadığı vurğulanır. Belə bir təyinat yalnız ictimai əsaslarla, qeyri-rəsmi gerçəkləşə bilər.

Tarix
2017.03.06 / 01:23
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla