Yuxarı

Fridman: “Yeni dünya savaşı başlayacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fridman: “Yeni dünya savaşı başlayacaq”

Yeni dünya müharibəsi başlaya bilər.

Axar.az xəbər verir ki, bunu “Biznes insayder” qəzetinə açıqlamasında amerikalı politoloq Corc Fridman söyləyib.

“Dövlətlərarası hərbi fəaliyyətlər yenidən aktuallaşa bilər. Əvvəlki dövrlərdə analitiklər səhvən ehtimal edirdilər ki, ölkələr daha bir-biriylə savaşmayacaqlar. Hər yüzillikdə sistem savaşı olub və nəticədə bütün sistem sarsılıb. Hər beynəlxalq sisteminin öz ölümcül çatışmazlıqları olur. Hazırkı sistemin də özünün məhv olması üçün embrionlar var. Almaniya, Çin və Rusiya kimi ölkələr süquta doğru gedəndə onların yerinə yeniləri gəlir və sistem müharibələri başlayır. O zaman hər şey çox təhlükəli olur. Belə ki, bu ölkələr hələlik balansa çatmayıblar. Hazırda biz sistem dəyişikliklərini müşahidə edirik. Müharibəyə hazırlaşın. Böyük ehtimalla bundan sonra birinci plana Yaponiya, Polşa və Türkiyə çıxacaq. Ona görə ki, müharibə Şərqi Avropa və Yaxın Şərqdə qızışır. Bundan başqa ABŞ-ı Yaponiya ilə dəniz müharibəsi gözləyir. Hər dəfə yeni güclər peyda olanda onların öz balanslarını tapmaq ehtiyacı yaranır. Yeni dövlətlər güc yığır, köhnələr isə süquta doğru yönəlirlər. Təhlükəli olan proses deyil, yeni mərhələyə keçən ölkənin mövqeyidir”, – deyə o bildirib.

Tarix
2017.03.07 / 08:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla