Yuxarı

ABŞ işğalçı İrəvanın pulunu kəsməlidir - ABŞ mediası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ işğalçı İrəvanın pulunu kəsməlidir - ABŞ mediası

Vaşinqton rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, USAID Qarabağı işğal edən Ermənistana illik maliyyə yardımını dayandırmalıdır.

Report xəbər verir ki, bu barədə Amerikanın “Vaşinqton Tayms” qəzetində dərc edilən məqalədə deyilir.

"Xarici yardım məsələsində səhvlərə yol verməmək üçün ABŞ fəaliyyət göstərən hökuməti olmayan regionların maliyyələşdirilməsini dayandırmalıdır. Məsələn, USAID tərəfindən Ermənistanın işğal etdiyi və bütün dünyanın Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ üçün hər il verilən iki milyon dollar məbləğində yardım da bura daxildir", - məqalədə deyilir.

Müəllif xatırladır ki, ABŞ Dövlət Departamenti öz rəsmi saytında Dağlıq Qarabağı dövlət kimi rəsmi olaraq tanımır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Dağlıq Qarabağın gələcək statusu tərəflər arasında danışıqların məsələsidir.

"Bu sözlərə dəstək olaraq tanınmayan əraziyə yardımı niyə kəsməməliyik? Hələlik isə biz Dağlıq Qarabağın işğalçısı olan Ermənistana 24 mln. dollar ayırırıq, halbuki işğalın qurbanı olan Azərbaycan Amerika yardımının çərçivəsində verilən bu məbləğin yalnız yarısını alır” - məqalədə deyilir.

Tarix
2017.03.09 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla