Yuxarı

Türkiyə Rusiyanı buna məcbur etmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Rusiyanı buna məcbur etmək istəyir

Məşhur türkiyəli strateq Mətin Gürcan, Ərdoğanın bugünkü Rusiya səfərini Almaniyanın məşhur "Deutsche Welle" qəzetinə dəyərləndirib.

Axar.az Sputnik.az-a istinadən xəbər verir ki, strateq Ankaranın Rusiya və ABŞ arasında seçim eləməyə məcbur qalacağını iddia edib.

Mətin Gürcan Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə dair planlarının nə olduğunu yazıb:

"Türkiyənin həm Vaşinqtonu, həm də Moskvanı idarə etmək, yola vermək şansları getdikcə azalır. Putin də məhz buna oynayır. Ankara əvvəl-axır bu iki supergüc arasında seçim eləməyə məcbur olacaq. Putinin də məqsədi bu seçimin Rusiya olmasıdır. Vladimir Putin Türkiyəni niyə qazanmaq istəyir? Çünki Türkiyəni strateji müttəfiqdən daha çox, "troya atı" kimi görür. Çünki NATO və Qərb blokunu Türkiyənin vasitəsilə sarsıtmaq və böhrana salmaq istəyir. Əgər Putin, Türkiyəni NATO-dan uzaqlaşdırmağı bacarsa, bu Rusiya üçün böyük uğur sayılar. Rusiya, Qərb blokunu struktur böhranına sürükləmək istəyir. Ərdoğan da bu blokun əsasını təşkil edən Avropa İttifaqına və ABŞ-a meydan oxumaqda davam edir. Yəni Rusiyanın görmək istədiyini edir. Mövcud vəziyyət Moskva üçün göydəndüşmə bir fürsətdir. Rusiyanın əli güclənir, ancaq tamamilə duyğusal hərəkət edən Türkiyə xarici siyasəti çətinə düşür. Ankara bu cür siyasətdən uzaqlaşmalıdır".

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş Qərargah rəisi Hulusi Akar və geniş tərkibli nazir heyəti ilə birgə bu gün Rusiyaya rəsmi səfərə yollanıb.

Tarix
2017.03.10 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla