Yuxarı

Binəli Yıldırım təyyarədə qız istədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binəli Yıldırım təyyarədə qız istədi

Türkiyə Baş naziri Binəli Yıldırım Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən təyyarədə elçilik edib.

Axar.az xəbər verir ki, o, Yücəl Çaxmaq adlı gəncin sevdiyi qızın atasına zəng edərək, “Allahın əmri, Peyğəmbərin sünnəti ilə qızınızı oğlumuz Yücəl üçün istəyirik”, - deyib.

Gənc qızın atası da “Hörmətli baş nazirim, boyunumuz qıldan incədir. İnşallah! Mən oğlanı hələ görməmişəm. Qismət”, - deyə qarşılıq verib.

Yıldırım da “İnşallah, tezliklə gəlib əlinizi öpər. Xanım əfəndiyə, uşaqlara salam deyin. Allaha əmanət olun”, - deyərək sözlərini bitirib.

Yücəl baş nazirə təşəkkür edərək, əlini öpüb. Yıldırım gənclərin nikahı ilə maraqlanmaq məsələsində yanındakı işçilərə göstəriş verib.

Tarix
2017.03.10 / 17:53
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla