Yuxarı

Dollar bahalaşacaq, neft ucuzlaşacaq... - Neçayev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar bahalaşacaq, neft ucuzlaşacaq... - Neçayev

Rubl kəskin ucuzlaşacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş iqtisadiyyat naziri Andrey Neçayev söyləyib.

“Rusiya OPEK ölkələrini neft hasilatını azaltmağa razı saldığı dövr ərzində Amerika şirkətləri slans neftinin hasilatı üçün texnologiyalarını inkişaf etdirdilər. OPEK və Rusiyanın hasilatı azaltmasından sonra ABŞ dərhal hasilatı artırdı. Bununla ABŞ başqa ölkələrin etdiyi ixtisarların yarısını kompensasiya etmiş oldu. Beynəlxalq Energetika Agentliyinin proqnozlarına əsasən, gələn il ABŞ-da sutkalıq hasilat 9,73 milyon barrelə çatacaq və OPEK-lə Rusiyanın ixtisarından sonra yaranmış boşluğu dolduracaq. Belə olan halda OPEK ölkələrinin ixtisar haqqında razılaşmanı saxlayacaqları böyük sual doğurur. Əgər Tramp özünün seçkiqabağı vədlərini yerinə yetirsə və Meksika körfəzi ilə Arktikada hasilata izn versə, o zaman neft bazarında situasiya kəskin şəkildə pisləşəcək. Buraya yaxın günlərdə ABŞ-ın Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin artırılması gözləntisini də əlavə edin. Bu, həm də dolları möhkəmləndirəcək. Bütün bu faktorlar neftin qiymətinin təxminən 10% düşməsinə imkan yaratdı. Böyük ehtimalla neftin qiyməti bu günlərdə 50 dollardan da aşağı düşəcək. Rubl artıq təzyiq altındadır. Yaxın günlərdə biz dolların daha 2-3 rubl bahalaşmasına şahid olacağıq”, – deyə o bildirib.

Tarix
2017.03.11 / 10:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

General qızı belə azadlığa buraxıldı - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla