Yuxarı

Avropaya görə utanıram – Almaniyalı lider

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropaya görə utanıram – Almaniyalı lider

Avropa söz azadlığına qarşı neqativ münasibət nümayiş etdirir.

Axar.az xəbər verir ki, bunu “Rossiya Tudey” televiziyasına müsahibəsində Almaniyanın Alman Demokratları Alyansı Partiyasının sədri Rəmzi Aru söyləyib.

“Mən Avropanın söz azadlığına qarşı hazırda göstərdiyi münasibətdən utanıram. Türkiyə nazirlərinin Avropaya nəyisə müzakirə etməyə gəlmələri tamamilə demokratik yanaşmadır. Ona görə də baş verənləri başa düşmək çətindir. Bu, Avropa demokratiyası tarixinin qaranlıq səhifəsidir. Niderlandda baş verən aksiyalara gəlincə isə mən bununla bağlı görüntüləri görəndə ağlıma ilk gələn şey sanki polisin dinc aksiya iştirakçılarına hücum etmələri oldu”, – deyə o bildirib.

Qeyd edək ki, martın 11-də Niderland hökuməti Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə izn verməyib. Bundan sonra Niderlanddakı türklərlə görüşə Türkiyənin Ailə İşləri üzrə naziri Fatma Betül yollanıb. Lakin holland polisi onun da ölkəyə girişinə izn verməyib. Hər iki nazir bu ölkəyə türklərdən aprelin 16-da keçiriləcək referenduma dəstək almaq üçün səfər edib.

Tarix
2017.03.13 / 17:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla