Yuxarı

Tatar böhranı bütün Rusiyanı bürüyə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tatar böhranı bütün Rusiyanı bürüyə bilər

Tatarıstandakı bir sıra banklarda olan böhranlı vəziyyət Rusiyanın digər regionlarında da təkrarlana bilər.

Axar.az xəbər verir ki, bunu “Rosbalt” agentliyinə açıqlamasında rusiyalı analitik Timur Niqmatullin söyləyib. O, böhranlı situasiyanın Rusiyanın regionlarındakı bank sistemlərinin formalaşdırılmasında olan özəlliklərlə bağlı olduğunu bildirib:

“Tarixən bizdə əksər banklar ayrı-ayrı iri şirkətlərə əməliyyatlar keçirmək üçün açılıb. İndi də regional banklarda maliyyə sistemi əsasən böyük qruplar şəklində təmsil olunur. Əksər banklarda bu cür risk xarakteri daşıyan problemlər var. Ona görə də bu gün Tatarıstanda baş verənlərin istənilən başqa regionda təkrarlanma ehtimalı var. Bir neçə il ərzində Rusiyada banklar yarıya qədər azala bilər”.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankı gözlənilmədən martın 3-də Tatarıstanın üç böyük bankının lisenziyasını ləğv edib. Ləğv edilən banklar “Tatfondbank”, “İntexbank” və “Sprut” olub.

“Tatfondbank” Tatarıstanın ikinci ən böyük bankı sayılırdı. Ekspertlər bankın borcunun 100 milyard rubldan çox olduğunu iddia edirlər.

Tarix
2017.03.15 / 09:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla