Yuxarı

Putin Qəzzafinin qisasını Qərbdən alır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Yaxın Şərq oyununda rəqibləri üçün yeni cəbhələr açmaqda davam edir.

Musavat.com-un verdiyi xəbərə görə, Qərb qəzetləri Moskvanın dünyanın istənilən nöqtəsinə döyüş bayrağını sancmaq iqtidarında olduğunu nümayiş etdirdiyini yazır.

Mətbuatın yazdığına əsasən, Putinin ABŞ və Avropa üçün açacağı yeni cəbhə Liviya ola bilər.

Xəbər verildiyi kimi, Rusiyanın dəstəklədiyi, özünü Liviya ordusunun komandanı adlandıran və marşal rütbəsi daşıyan Xəlif Xəftərin qoşunları Liviya sahillərində strateji əhəmiyyətə malik iki neft limanını, Ras Lanuf və Əs Sidri qaytarmağa müvəffəq olublar. Bununla Xəftər martın 3-də dinçi “Benqazi müdafiə dəstələri” təşkilatından aldığı məğlubiyyətin əvəzini çıxıb.

Putin Liviyada da “tozanaq qopartmaq” istəyir, - deyə, Almaniyanın “Frankfurter Rundşau” qəzeti yazır.

Qəzet yazarı Martin Gelenin fikrincə, Rusiya Suriyadakı iri miqyaslı hərbi əməliyyatlıları uğurla başa çatdırdıqdan sonra Liviyadakı nüfuz dairəsini genişləndirmək niyyətindədir. Bunu həyata keçirməkdən ötrü Moskva Misirin Sidi Barrani bazasına xüsusi təyinatlılar və pilotsuz təyyarələr yerləşdirib.

Rusiyanın Liviyadakı əsas adamı Xəlif Xəftərdir. Xəftər məhz Moskvadan aldığı dəstək sayəsində Liviyanın neft limanlarına doğru hücum edir”.

Müəllif Xəftərin hələ bu ilin yanvarında Liviyanın Tobruk limanında lövbər salan “Admiral Kuznetsov” təyyyarədaşıyan gəmisində Rusiya müdafiə naziri Sergey Şoyqu ilə videogörüşmə gerçəkləşdirdiyini xatırladır.

Məqalədə Liviyanın BMT tərəfindən tanınan baş nazir Faiz Sarrac hökumətinin artıq situasiya ilə bacara bilmədiyi qeyd olunur.

“Moskvanın müdaxiləsi BMT-nin xüsusi nümayəndəsi Martin Kobler vasitəsilə Liviyada hakimiyyət məsələsində kompromis əldə olunması ilə bağlı səylərini daha da çətinləşdirir. Xəftər Sərracla danışıqlara girməkdən imtina edir”, - məqalədə xəbər verilir.

“Liviya dosyesi Moskva üçün strateji nöqteyi-nəzərdən Misir ərazisində hərbi planları baxımından da geniş imkanlar açır. Putin Liviya ilə Qəzzafi dövründə qurduğu münasibətləri bərpa etmək istəyir”, - Martin Gelen yazır.

Məqalədə həm Vaşinqtonun, həm də Brüsselin Moskvanın fəaliyyətini təşvişlə izlədiyi bildirilir. ABŞ qoşunlarının Afrikadakı komandanı Rusiyanın Liviyada Suriya ssenarisi yaratmaq istədiyini bəyan edib”, - müəllif məqaləsində yazır.

Almaniyanın digər populyar nəşr orqanı “Bild” də Rusiya xüsusi təyinatlılarının Misirin Liviyanın 100 km-liyində yerləşən Sidi-Barrani bazasında yerləşməsinə diqqət çəkib.

Qəzet Rusiyanın son vaxtlarda mövqeləri zəifləyən və ard-arda zərbələr alan Xəlif Xəftərə hərtərəfli dəstək göstərmək üçün hərəkətə keçdiyini bildirir. Qəzetin rəyinə görə, Xəftər məhz bundan sonra vəziyyəti öz xeyrinə dəyişə bilib.

“ABŞ xüsusi xidmət orqanlarının məlumatına əsasən Moskva Qəzzafi devrildikdən sonra Liviyada yenidən möhkəmlənmək cəhdlərini həyata keçirir. Rusları birinci növbədə neft yataqları maraqlandırır”, - qəzet yazır.

“Rusiyanın Misirdə öz hərbçilərini yerləşdirməsi, Moskvanın aktiv şəkildə Xəlif Xəftərə dəstək göstərməsi iri miqyasda bir dönüşdən xəbər verir: Qərb özünü lider mövqelərindən çəkilməkdə, yaranan vakuum isə digər ölkələr tərəfindən doldurulmaqdadır, - “Tayms” qəzetinin icmalçısı Edvard Lukas qeyd edir.

Lukasın fikrincə, Rusiya əsl dünya dövləti olmasa da qərar qəbul etməyə, riskə getməyə və oyundakı uduş qoyuluşunu artırmağa qadir olduğunu artıq sübut edib.

“Lakin bizim hökumətlərin fəlakət dərəcəsində qeyd oluna biləcək süstlüyü müttəfiqlərimizi dəhşətə gətirməyə, düşmənləri isə cəsarətləndirməyə davam edir. Biz tərəddüd etdikcə, Kreml xəritədə hələ çox bayraqlar sancmağa davam edəcək”, - məqalədə qeyd olunub.

Tarix
2017.03.16 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla