Yuxarı

Üçüncü kampaniya: Rusiya parçalanmağa doğru...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya qarşı üçüncü kampaniyaya başlayır.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı ekspert Andrey Piontkovskinin “Novoy Vremya” saytında dərc olunan məqaləsində yer alıb.

“Moskvanın birinci kampaniyasının məqsədi Novorossiya yaratmaq idi, lakin bu istiqamətdə uğur əldə olunmadı. İkinci plan isə separatçı rejimləri Ukraynanın tərkibinə daxil edib, konstitusiya dəyişikliyinə nail olmaq və bununla da dövləti məhv etmək idi. Bunda da uğur qazana bilməyən Kreml üçüncü kampaniyaya başlayır. Bu dəfə açıq şəkildə separat bölgələrə dəstək nümayiş etdiriləcək, onlar tanınacaq və hərbi provokasiyaların həcmi artacaq. Moskva hətta burada mayor Prilepinin rəhbərliyi altında Kiyevə də hərbi yürüş etmək fikrini gerçəkləşdirmək istəyəcək. Donetsk və Luqansk sadəcə Dnestryanı olmayacaq. Bura qeyri-müəyyən sərhədləri olan Dnestryanına çevriləcək. Moskva onun sərhədlərini daima genişləndirməyə çalışacaq. Bu isə öz növbəsində Rusiya üçün böyük iqtisadi yük olacaq və o, durğun olan iqtisadiyyatda neqativ təsirlərini göstərəcək.

Kreml Donbasdan prezident kampaniyası dövründə getmək istəmir. Bu onun üçün ağlagəlməz bir şeydir. Hazırkı hökumət builki seçkilərdə öz seçicisinə yeni imperiya maraqlarından başqa heç nə təklif edə bilmir. Donbasda öz təsirini genişləndirmək onun yeganə hədəfi deyil. Bununla eyni zamanda Cənubi Osetiyanın anneksiyası rəsmiləşdirilir, Belarusa təhdid artırılır, Lukaşenkoya qarşı açıq informasiya müharibəsi aparılır. Bütün bunlar Rusiyanı parçalanmağa doğru yönəlir”, – deyə o bildirib.

Tarix
2017.03.17 / 13:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla