Yuxarı

İrəvanda növbəti aksiya: Polis güc tətbiq edir - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda növbəti aksiya: Polis güc tətbiq edir - Yeniləndi

21:33

Ermənistan hökuməti yenidən mitinqçiləri aldadaraq, onların tələblərinə cavab verməyib. Buna cavab olaraq, nümayişçilər daha bir tələb irəli sürüblər – Artur Sərkisyanın ölümündə təqsirlilərin hamısı barəsində cinayət işinin başlanması.

Virtualaz.org-un məlumatına görə, bu gün Şayen Arutyunyanı və onun dostlarını sosial şəbəkələrdə təhdid ediblər. Günorta isə Respublika meydanında mitinq iştirakçılarını qorxutmaq məqsədilə atəş səsləri eşidilib.

Şayen Arutyunyan Artur Sərkisyanın məktubunu oxuyan zaman mitinqə toplaşanlar “Serjik – cəhənnəm ol” şuarı səsləndiriblər.

Elə bu gün Ermənistan hakimiyyəti Artur Sərkisyanın cəsədinin ekspertizasının aparılması barədə göstəriş verib, halbuki vəkillər müstəqil ekspertlərin dəvət olunmasını tələb etmişdilər.

Mitinq iştirakçılarının yazılı tələbinə cavab zərurəti aradan qalxıb və hazırda insanlar yürüşlə hökumət binasına tərəf irəliləyirlər. Onlar “Artur”, “Çörək verəni öldürdülər”, “Serj qatildir” və “Biz həll edirik” şüarları səsləndirirlər.

Aksiya təşkilatçıları polisin və rejimin təxribat törətmək niyyətini gözəl anlayır ki, nümayişçiləri dağıtmağa bəhanə olsun, buna görə də, hər bir hərəkət təşkil olunmuş formada həyata keçirilir.

***

İrəvanda polis Ermənistan hökumətinin binasının qarşısında oturaq tətil keçirən nümayişçiləri dağıtmaq üçün güc tətbiq etməyə başlayıb.

Tarix
2017.03.18 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla