Yuxarı

Ermənistanda yenə qan töküldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı seçki təbliğatı prosesində növbəti dəfə qan tökülüb.

Musavat.com xəbər verir ki, hadisə Araqatsotnski vilayətinin Kuçak kəndində baş verib. “Tsarukyan” blokunun (“Çiçəklənən Ermənistan” partiyasının sədri Gagik Tsarukyanın başçılıq etdiyi-C.T.) kənddəki qərargahının rəisi Aram Asatryan və “Tsarukyan” tərəfdarı Manuk Ovsepyan bıçaqlanıb. Aparan şəhərindəki tibb mərkəzindən bildirilib ki, hər iki kişi buraya bıçaq xəsarətləri ilə daxil olub. Polis cinayətkarın tutulması istiqamətində tədbirlər həyata keçirir.

Qeyd edək ki, bundan əvvəl seçicilərlə görüş zamanı daha iki qanlı hadisə baş verib. Birində avtomat silahdan, digərində bıçaqdan istifadə nəticəsində qan tökülüb.

Tarix
2017.03.20 / 23:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla