Yuxarı

Narıncı brilyant “Kristis” hərracda rekorda imza atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narıncı brilyant “Kristis” hərracda rekorda imza atdı

Noyabrın 12-si Cenevrədə keçirilən "Kristis" hərracında dünyanın ən böyük narıncı brilyantı rekord qiymətə - 35,5 milyon dollara satılıb.

Qeyd edək ki, çox nadir tapılan bu brilyantın cəmi 17,4 - 20,6 milyon dollara satılacağı güman edilirdi.

Hərracda 200 nəfərə yaxın alıcı olub. Alıcının adı açıqlanmasa da, "Axar.az" "Agence France-Presse"ə istinadən xəbər verir ki, brilyantın yeni sahibi telefonla yox, hərracda şəxsən iştirak edib.

Hərraca qoyulan 14,82 karatlıq narıncı brilyant armudu formadadır. Amerika Gemologiya İnstitutu 2013-cü ilin avqustunda təbii rəngi narıncı olan bu brilyantı yonulmuş ən böyük brilyant hesab edir.

Tarix
2013.11.13 / 12:12
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla