Yuxarı

Rusiyanı kütləvi etiraz dalğası bürüdü: yüzlərlə həbs - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:23

Rusiyanın şərqində korrupsiyaya qarşı müxalifətin böyük mitinqləri başlayıb.

Axar.az xəbər verir ki, Novosibirskdə keçirilən icazəli mitinqdə iştirak edənlərin sayı 2000 nəfəri keçib. Etirazçıların qarşısında qeydiyyatdan keçməmiş İnkişaf Partiyasının rəsmi nümayəndəsi Andrey Qladçenko və blogger Aleksey Navalnı çıxış edib.

Vladivostokda isə keçirilən aksiya icazəsiz olduğuna görə 20 nəfər həbs edilib. Onlar üç saat sonra azadlığa buraxılıblar.

Çitada aksiya İnqilab meydanında baş tutub. Aksiya iştirakçılarına qarşı kazaklar meydana gəliblər. Onlar Aleksey Navalnının əleyhinə plakatlar qaldırıblar.

Aksiyalar həmçinin İrkutsk, Tomsk, Krasnoyarsk, Xabarovsk, Çelyabinsk, Yekatirinburq şəhərlərində də baş tutub.

16:44

Rusiyada korrupsiyaya qarşı keçirilən mitinqlərdə rus blogger Aleksey Navalnı da həbs edilib.

Navalnı Tver vilayətində tutulub. Mitinqlər Moskva şəhərində də baş tutub. Etirazlar zamanı onlarla şəxs polis tərəfindən saxlanılıb.

***

Moskvadakı aksiyalarda həbs edilənlərin sayı 130 nəfərə çatıb.

Bu barədə informasiyanı "Ovdinfo.org" saytı yayıb. Sayt polisin müqavimət göstərən etirazçılara qarşı dəyənəklərdən istifadə etdiyini bildirib. Moskva ilə bərabər, Sankt-Peterburqda da aksiyalara start verilib.

Etirazçılar Baş nazir Dmitri Medvedyevin maliyyə oğurluğuna son qoyulmasını, onun istefaya göndərilməsini istəyib.

Tarix
2017.03.26 / 17:08
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla