Yuxarı

İranda “Ebtekar” qəzetinin nəşri dayandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda “Ebtekar” qəzetinin nəşri dayandırıldı

İranda daha bir qəzetin nəşri dayandırılıb.


"Axar.az"
APA-ya istinadən xəbər verir ki, bu barədə nəşrinə qadağa qoyulmuş "Ebtekar" qəzetinin baş redaktoru Məhəmmədəli Vəkil açıqlama verib.

Onun sözlərinə görə, mətbu orqanın nəşri İranın "Kütləvi informasiya vasitələri haqqında" qanununun 6-cı maddəsinin 11-ci bəndi əsas götürülərək yalan, şayiə və təhrif məzmunlu xəbərlər dərc etmək ittihamı ilə dayandırılıb: "Bununla bağlı Tehran Şəhər Prokurorluğunun ikinci şöbəsi mənə məktub göndərsə də, ancaq qəzetinin nəşrinə nə qədər qadağa qoyulması barədə heç bir məlumat verilməyib. Bu addım mətbu orqanda "İran Həbsxanalar Təşkilatı rəisinin vəzifəsindən uzaqlaşdırılması" başlıqlı məqaləyə görə atılıb. Bu da 2014-cü il aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində baş vermiş toqquşmadan sonra İran Həbsxanalar Təşkilatı rəisi vəzifəsindən azad edildiyinə görə yazılıb".

Qeyd edək ki, Həsən Ruhaninin avqustun 4-də İranda hökumət başına gəlməsindən sonra "Bahar" və "Asiman" qəzetlərinin nəşri dayandırılıb.

Tarix
2014.04.27 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla