Yuxarı

ABŞ Filippinə 700 hərbçi göndərir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Filippinə 700 hərbçi göndərir

"Hayan" superqasırğasından sonra ABŞ kömək üçün Filippinə təxminən 700 hərbçi göndərməyi planlaşdırır.

"Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, hazırda Filippində 300-ə yaxın amerikalı hərbçi yardımda iştirak edir. Onlar Yaponiyanın Okinava adasında yerləşən hərbi bazadan yeni dəniz piyadalarının gəlməsini gözləyir.

İndiyə kimi ABŞ hərbçiləri qasırğadan ən çox zərər çəkən şəhərlərdən biri olan Taklobanda sakinlərin evakuasiyasi ilə məşğul olurdular və artıq 800 nəfəri xilas ediblər.

Daha öncə Pentaqon xəbər vermişdi ki, Filippin sahillərinə "Corc Vaşinqton" təyyarə daşıyıcısı və müşayiət üçün başqa gəmilər, helikopter və 8 kontrvertoplan yola düşüb. Onlar evakuasiyaya və humanitar köməyin çatdırılmasına kömək edəcək.

Məlumat üçün qeyd edək ki, qasırğa Filippinə keçən həftənin sonu gəlmişdi. Yerli hökumətin ilkin rəsmi məlumatına görə, qasırğa 2,5 minə yaxın can alıb, 9 milyondan çox insan isə zərər çəkib. Qeyri-rəsmi məlumatlarda isə qasırğanın 10 mindən artıq insanın həyatına son quyduğu bildirilir.

Tarix
2013.11.14 / 09:15
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla