"Şübhə etmək olmaz ki, Təl-Əviv rejiminin Azərbaycana
yaxınlaşması taktiki xarakter daşıyır və sionistlər Azərbaycanı
Ermənistan və ya Rusiyadan gələn təhlükələr qarşısında müdafiə
etməyəcəklər".
"Axar.az" xəbər verir ki, bu iddia ilə İran
mətbuatı çıxış edib.
Mətbuat İsrailin heç bir zaman Azərbaycanla münasibətlərində
Rusiya faktorunu yaddan çıxartmayacağını bildirib:
"Burada Sionist rejimin Azərbaycanla münasibətlərində Rusiya
faktorunu daim diqqətdə saxlayacağını unutmamalıyıq. Belə ki,
İsrail postsovet respublikaları ilə əlaqələrində həmişə olduğu kimi
bundan sonra da mütləq Moskvanın həssasiyyətlərini nəzərə alacaq.
Bunun səbəblərinə gəlincə, İsrail və Rusiyanın dövlət maraqlarının
bir çox məsələlərdə üst-üstə düşməsini və İsrailin Rusiya ilə
xüsusi əlaqələrə malik olduğunu göstərmək olar. Bu əlaqələr SSRİ
dağılandan sonra yüksələn xətlə inkişaf etməyə başladı və 100
minlərlə rusiyalı yəhudi İşğal olunmuş Fələstin ərazilərinə
köçürüldü, siyasi hakimiyyətdə onlara etibar edildi. İsrail
gələcəkdə postsovet məkanında baş verə biləcək mümkün münaqişələrdə
Rusiyaya və eyni zamanda onun Ermənistan kimi oyuncaqlarına tam
məharətlə dəstək verəcək".