Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 İyun 2018


Rusiya aviasiyası İrəvanda havaya qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) aviasiyası Ermənistandakı “Erebuni” hərbi bazasında gecə uçuşları keçirib. Gecə təlimlərində hücum və nəqliyyat helikopterləri iştirak edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

“Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı “Erebuni” aviabazasının tərkibindəki “Mi-24” hücum və “Mi-8MTŞ” nəqliyyat helikopterlərinin heyətləri gecə saatlarında təlim uçuşları həyata keçiriblər. Taktiki uçuş təlimi zamanı motoatıcı birləşmələrin havadan dəstəklənməsi üzrə tapşırıqlar və elementlər işlənilib”, - deyə Astafyev bildirib.

O əlavə edib ki, təlimlər çərçivəsində heyətlər attestasiyadan keçəcək. Astafyevin sözlərinə görə, hərbçilər şərti düşmənin havadakı obyektlərinin, qurudakı hərəkətli və hərəkətsiz hədəflərinin, zirehli texnikalarının, alçaqdan uçan təyyarələrinin və pilotsuz uçan aparatlarının aşkarlanması, müəyyənləşdirilməsi və məhv etdirilməsi üzrə 50-dən çox normativ verməlidirlər.

“Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dək hərbçisi, 50-dək xüsusi hərbi və aviasiya texnikası iştirak edir” - deyə Astafyev bildirib.

Tarix
2017.04.21 / 09:21
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İŞİD-in sonu çatdı: Əsas liderlərdən biri məhv edildi

Ermənistanda "Ural" aşdı: 5 hərbçi...

Ərdoğan açıqladı: Bu şəhərlərə ordu yeridəcəyik

İran ABŞ əsgərlərinə hücuma hazırlaşır - Ordu yeridildi

Rusiyadan kürdlərə böyük dəstək

ABŞ və Rusiya nüvə sayını azaltdı - Hesabat

Göldə qayıq batdı: 128 nəfər itkin düşdü

Paşinyanı qətlə yetirmək istədilər

Müşərrəfin namizədliyi rədd edildi – Qərar

Suriya razılaşması: Bu 3 ölkə görüşə çağırılacaq

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla