Yuxarı

İsrail alimləri Musa peyğəmbərin əhvalatını uydurma saydı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zeev Hersoq: "Kiçik bir saxsı parçası belə yəhudi padşahlığının olmasını isbat etmir"

İsrail arxeoloqları uzun illər apardıqları qazıntılardan sonra nəhayət bu qərara gəliblər ki, Tövratda bəhs edilən əhvalatlar heç zaman baş verməyib.

Məlumata görə, professor Zeev Hersoq bildirib ki, israillilər heç zaman Misirdə olmayıblar, heç zaman səhrada köç etməyiblər və Fələstin torpaqlarını yəhudilərin 12 tayfası üçün işğal etməyiblər. "Yəhudi tarixinin əsas hadisələrinin heç biri bizim tapdıqlarımızla təsdiq edilməyib", - deyə professor vurğulayıb.

Alimlər iddia edir ki, İsrail rahibləri tərəfindən şeypur səsi ilə dağıdılmış Eriha divarları da olmayıb. Zeev Hersoqun fikrincə, Bibliyada təsvir edilənlər Romul və Rem əfsanəsinə bənzər uydurma əhvalatlardır.

İsrail alimlərinin dedikləri tarix elmi üçün inqilabi yeniliklərdir və adamlar bunu qəbul etmək istəmir. "Kiçik bir saxsı parçası belə yəhudi padşahlığının olmasını isbat etmir. Bu, o demək deyil ki, arxeoloqlar düzgün yerdə axtarmayıblar. Onların əldə etdiyi çox saylı sübutlar göstərir ki, Davud və Süleymanın zamanında Qüds çox böyük yaşayış məntəqəsi olub, amma orada nə mərkəzi məbəd, nə də padşah sarayı olmayıb",- deyə Hersoq aparılan işlər barədə bildirib. /ANS/

Tarix
2014.05.03 / 21:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla