Yuxarı

FTX-yə hücumun təfərrüatı: Azərbaycanlı da öldürülüb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin regional idarəsinin binasına hücumun yeni təfərrüatları məlum olub.

Virtualaz.org xəbər verir ki, hücumu törədən şəxs 1999-cu ildə anadan olmuş Xabarovsk sakini Anton Konevdir. FTX onun əvvəllər neonasistlərə qoşulduğunu, daha sonra islamı qəbul etdiyini bildirir.

Məlumata görə Konev FTX-nin idarəsinin qarşısına gələrək telefonla növbətçiyə zəng vurub və Xabarovskdakı bütün ekstremistlər barədə məlumatı verəcəyini deyərək onu aldadıb. Konevlə görüşmək üçün FTX-nin əməkdaşı qəbul otağına düşüb. Bu zaman idarənin azərbaycan dili üzrə tərcüməçisi də təsadüfən öz işləri ilə bağlı idarənin qəbul otağına daxil olub. Bu zaman versiyalardan birinə görə, Konev FTX əməliyyatçısına tapançadan atəş açıb, ardınca onun avtomatını əlindən alıb və sağa-sola güllə yağdırıb. Bu zaman təsadüfən otağa girən tərcüməçi və MDB ölkələrindən birindən olan, həmin vaxt qəbul otağında olan şikayətçi həlak olub. Ehtimal olunur ki, həmin şəxs Azərbaycan vətəndaşıdır. Çünki FTX-nin azərbaycan dili üzrə tərcüməçisi onunla görüşmək üçün qəbul otağına gedibmiş.

Digər versiyaya görə Konev avtomatı da özüylə içəri keçirib. Atışma zamanı bir nəfər yaralanıb. Atışma zamanı Konevin atdığı güllələrdən biri divara dəyərək geri qayıdıb və onun özünə dəyib. Ekstremist yıxılıb, ardınca FTX əməkdaşları onu güllələyiblər. Məlumata görə Konev sosial şəbəkələrdə atəş təlimi keçərkən çəkilmiş görüntülərini yerləşdirib və kadrlarda onun “Allahü əkbər” qışqırdığı görünür.

Qeyd edək ki, Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına silahlı hücum olub. Hücum zamanı 1 FTX əməkdaşı ölüb və idarəyə gələn 1 mülki vətəndaş isə yaralanıb. Atışma nəticəsində hücum edən şəxs öldürülüb.

Tarix
2017.04.21 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla