Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Tramp Putinin elə adamı ilə əlaqə saxlayıb ki… - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Trampın seçkiqabağı təşviqat kampaniyasının əməkdaşları, eləcə də Maykl Flin və digər müşavirlər Rusiya məmurları, Kremllə əlaqəli olan şəxslərlə kontaktda olublar.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” yayıb. İddiaya görə, prezident seçkisinə qədər olan 7 ay ərzində Trampın seçki qərargahının nümayəndələri, telefon zəngləri və elektron məktublar da daxil olmaqla, Rusiya ilə 18 dəfə əlaqə saxlayıblar. Bu kontaktlardan 6-sı Rusiya səfiri Sergey Kislyakla Trampın müşaviri Maykl Flin arasında gerçəkləşib.

Donald Tramp qərargahının əməkdaşları həmçinin “Ukraynanın seçimi” hərəkatının lideri Viktor Medvedçukla da (Rusiya Prezidenti Vladimir Putin Medvedçukun qızı Daryanın xaç atasıdır – red.) əlaqəyə giriblər. Hələlik Medvedçukla Trampın qərargahı arasında əlaqənin nə zaman olduğu dəqiq bilinmir. Bilinən əsas məsələ onlar arasında ABŞ-Rusiya əməkdaşlığının müzakirə edilməsidir.

Medvedçuk Trampın qərargahı ilə hansısa əlaqəsinin olmasını artıq inkar edib. “Röyter”ə göndərdiyi elektron məktubda o, Trampın yaxın ətrafından heç kimlə tanış olmadığını bildirib.

Agentlik həmçinin Medvedçuk və Rusiya səfirindən başqa Trampın qərargahı ilə əlaqədə olan digər Rusiya nümayəndələrin adı, eləcə də Trampın müşavirlərinin adlarının gizli saxlanıldığını vurğulayıb. Agentliyin mənbələri bu əlaqələrdə ölkəyə ziyan verəcək heç bir şeyə rast gəlinmədiyini də bildiriblər.

Tarix
2017.05.19 / 09:14
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Türk aviasiyası İraqı vurdu: 24 ölü

Almaniya Merkelə görə 2 yerə bölündü

UBER-in rəhbəri görüşmək istədi, qəbul etmədim - Ərdoğan

Prezident seçilsəm, onları həbs edəcəyəm - İlginc bəyanat

ABŞ Türkiyəni belə aldatdı - Rus komandan açıqladı

ABŞ kəşfiyyatından Paşinyana xəbərdarlıq: Çevriliş hazırlanır

Rusiyadan Xəzərlə bağlı – Mühüm sənəd

Kremli “İran piroqu”ndan kənarda qoymaq... – ABŞ planı

4 AKP-çinin qətlə yetirilməsinə Ərdoğandan reaksiya

Kişi kimi dedim: Qanunsuz silahlarım var - Movsisyan

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla