Yuxarı

ABŞ-dan Türkiyəyə növbəti zərbə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin və amerikalı həmkarı Donald Trampla görüşünün ardınca ermənipərəst qüvvələr Ankaraya qarşı daha bir addım atıblar.

Musavat.com xəbər verir ki, Texas ştatının Nümayəndələr Palatası yekdilliklə qondarma erməni soyqırımını tanıyan qətnamə qəbul edib. Bununla da rəsmən qondarma soyqırımı tanıyan ştatların sayı 46-ya çatıb.

Məlumatda deyilir ki, qətnaməni hər iki partiyanı təmsil edən 50-dən çox konqresmen dəstəkləyib. Sənəddə iddia olunub ki, Birinci Dünya müharibəsində dağılan Osmanlı imperiyası “sistemli şəkildə erməniləri məhv etməyə başlayıb”. Qətnamədə absurdcasına vurğulanıb ki, o vaxta qədər imperiya ərazisində yaşayan 2 milyon erməninin 1,5 milyonu məhv edilib. Ştatın qəbul etdiyi cəfəngiyyat dolu sənəddə bildirilir ki, hazırda Ermənistanda 3 milyona yaxın erməni yaşayır, erməni diasporunu isə 8-10 milyon erməninin təşkil etdiyi vurğulanır. Ardınca Türkiyəyə qarşı ərazi iddiasına yönəlik məqamlar da əksini tapır. Osmanlı ərazilərinə ermənilərin “əvvəlki vətəni” yarlığının yapışdırılmasına cəhd göstərilir.

Texas ştatının bundan əvvəl “soyqırımı” tanımadığı, 2017-ci ilin aprelində isə qubernator Vayominq Metyu Midin “erməni soyqırımı”nı tanıdığı vurğulanır. Erməni mediası hələlik Vayominq, Avova, İndiana, Alabama və Missisipi ştatlarının saxta erməni soyqırımını tanımadığını da narazılıqla vurğulayıb. Növbəti ştatın Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə biləcək qətnaməni qəbul etməsinə Ankaranın necə reaksiya verəcəyi də maraqlıdır.

Tarix
2017.05.20 / 00:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla