Yuxarı

Tramp lapmasını salan jurnalistlərə əsəbiləşdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp lapmasını salan jurnalistlərə əsəbiləşdi

ABŞ Prezidenti Donald Trampla Cənubi Koreya lideri Mun Çje İn arasında Oval ofisdə baş tutan görüşdə maraqlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, iki liderin görüşünü lentə almağa çalışan jurnalistlərdən biri ehtiyatsızlıq səbəbindən Trampın ofisindəki stolüstü lampaya toxunub. Lakin son anda Ağ Ev rəhbərinin şəxsi mühafizəçisi Keyt Şiller lampanı tutub və düşməyə qoymayıb. Masa yüngül zərər görüb.

Tramp da öz növbəsində bu olaya biganə qalmayıb. O, jurnalistlərə sakit olmağı məsləhət görüb:

“Sakit olun, dostlar, sakit olun. Getdikcə daha pis olursunuz”.

Daha sonra üzünü koreyalı həmkarına tutan milyarder prezident: “Əslində burdakılar dost jurnalistlərdir. Onların səni kədərləndirməsinə icazə vermə. Stolumuzu itirsək belə”, - deyə bildirib.

Tarix
2017.07.01 / 20:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla