Yuxarı

Ərəb ölkələri Qətərə 48 saat vaxt verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərəb ölkələri Qətərə 48 saat vaxt verdi

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək Qətərə verdikləri vaxtı uzadıblar.

Axar.az xəbər verir ki, razılaşmaya əsasən Qətər növbəti 48 saat ərzində təklif olunmuş maddələrə yenidən baxmalıdır.

Qeyd edək ki, adıçəkilən ərəb ölkələri böhrana son qoyulması və barışıq üçün rəsmi Dohaya qarşı 13 şərt irəli sürüblər. Şərtlər arasında Türkiyə hərbi bazasının bağlanması, İranla əlaqələrin kəsilməsi, “Əlcəzirə”nin qapadılması, təzminat ödənilməsi kimi tələblər yer alıb.

Onların Qətərə verdiyi vaxt bu gün başa çatıb.

Xatırladaq ki, ötən gün Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd Əbdürrəhman əl-Sani açıqlama verərək, böhranın həlli üçün dialoqun yalnız təklif olunan madddələrin dəyişdirilməsindən sonra baş tuta biləcəyini bildirmişdi.

Tarix
2017.07.03 / 09:14
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla