Yuxarı

Daha bir ekspertdən “çeçen xəbərdarlığı”: nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ekspertdən “çeçen xəbərdarlığı”:

Çeçenistanda Ramzan Kadırovun rəhbər olması Rusiya Prezidenti Vladimir Putinə imkan verdi ki, çeçen müharibələrində qələbə qazanmaqla bağlı illuziyaları qoruyub saxlasın.

Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Azadlıq” radiosundakı məqaləsində yer alıb.

“Rusiya bu illuziyalara görə böyük bədəl ödədi. Bu gün hər şey Rusiyanın Çeçenistanın tərkibində yer almasını söyləməyə imkan verir. Bu gün Kadırovdan biabırçı şəkildə asılı olmaq Rusiyada Putindən başqa heç kimin xoşuna gəlmir. Bu gün yaranmış çətin situasiyadan iki çıxış yolu var. Ya biz Çeçenistanın tərkibindən çıxacağıq, ya da Çeçenistanda Rusiyanın konstitusiya nizamını bərpa edəcəyik. Çeçen məsələsi Putindən sonra Rusiyanın əsas problemi olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bir neçə gündür Rusiyada politoloqların çeçenistanla bağlı fikirləri tirajlanır. Ötən gün “Exo Moskva” radiosuna müsahibəsində rusiyalı politoloq Yuliya Latınina Rusiya de-fakto Çeçenistandan asılı vəziyyətə düşdüyünü, “növbəti müharibəni Rusiyanı Çeçenistandan azad etmək üçün aparmaq lazım gəldiyini” bildirib.

Bu gün isə “Ruskiy Monitor” portalına müsahibəsində İsraildən olan ekspert Avram Şmuleviç Çeçenistanın artıq Rusiya olmadığını, Rusiyanın parçalanması prosesinin buradan başladığını qeyd edib.

Tarix
2017.07.05 / 08:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla