Yuxarı

Türkiyədə müftə dincələn rus turistlər saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə müftə dincələn rus turistlər saxlanıldı

Türkiyədə rus turistlər saxta buraxılışla otelə girib bir gün ərzində yeyib-içiblər.

Virtualaz.org xəbər verir ki, Türkiyə polisi üç rus dələduz turistin tutulması haqqında raport verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının verdiyi məlumata görə, 42 yaşlı kişi iki - 37 və 41 yaşlı qadınla Antalyanın Kəmər hissəsində yerləşən istirahət mərkəzlərindən birinə gəlib. Onlar burada bir tanışlarının mənzilində qalıblar və sonra haradansa yaxınlıqda yerləşən 4 ulduzlu otelin “all inclusive” qolbağını ələ keçiriblər. Bu barədə saxlanılan şəxslər polisə özləri məlumat veriblər. Onlar bir gün ərzində oteldə bütün xidmətlərdən, yemək və bahalı spirtli içkilərdən istifadə ediblər.

Otel əməkdaşları qəribə qonaqların öz nömrələrinə tələsmədiklərini görüncə onlardan şübhələnməyə başlayıblar. Əraziyə polis çağırılıb və şübhələrin doğru olduğu ortaya çıxıb.

Lakin Türkiyə məhkəməsi ruslara qarşı olduqca lütfkar davranıb. Hakim yeyib-içmiş turistlərə otelə vurduqları ziyanı qaytarmaları ilə bağlı qərar çıxarıb. Ödənişdən sonra rus turistlər azad edilib.

Tarix
2017.07.08 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla