Yuxarı

G20 görüşünün yekun bəyannaməsi açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Hamburq şəhərində təşkil olunan XII G20 liderlərinin sammitinin yekun bəyannaməsi açıqlanıb.

Axar.az xəbər verir ki, bəyannamədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qloballaşmanın faydalarının bölüşdürülməsi", "Sabitliyin yaradılması", "Davamlı dolanışıq mənbələrinin inkişaf etdirilməsi" və "Öhdəlik qəbul etmək" kimi təklif etdiyi əsas mövzular yer alıb.

Bəyannamədə beynəlxalq ticarət, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, Paris İqlim Dəyişikliyi Sazişinin dəstəklənməsi, Afrika ilə işbirliyi, məşğulluğun artırılması və cəmiyyətdə qadının rolunun gücləndirilməsi zəruriliyi vurğulanıb.

"Bizim dövrün çətinliklərinin öhdəsindən gəlmək və bir-biri ilə bağlı bir dünya formalaşdırmaq beynəlxalq iqtisadi əməkdaşlıq üçün aparıcı forumumuz olan G20-nin ortaq hədəfidir", - bəyannamədə qeyd edilib.

Tarix
2017.07.09 / 00:41
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla