Yuxarı

Qonşu ölkədə yeni təyinatlar: Nazir müavini və nazir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşu ölkədə yeni təyinatlar: Nazir müavini və nazir...

Gürcüstanda baş nazirin müavini və energetika naziri vəzifələrinə yeni təyinatlar olub.

Axar.az xəbər verir ki, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin sərəncamı ilə Xarici İşlər naziri Mixail Canalidze həm də Baş nazirin müavini təyin olunub. Baş nazir hökumətin bu gün keçirilən iclasında deyib ki, bu təyinatla biz xarici siyasətimizin prioritetlərinə verdiyimiz yüksək qiyməti bir daha nümayiş etdirdik.

Gürcüstan xarici siyasət idarəsinin rəhbərinin ölkə ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında və Avropa ölkələri ilə sadələşdirilmiş viza rejiminin tətbiqində böyük xidmətləri olub. M.Canalidze iqtisadiyyat nazirinin müavini postunda çalışarkən (2011-2015) Avropa ilə azad ticarət sazişinin imzalanmasında danışıqlar aparan Gürcüstan nümayəndə heyətinin rəhbəri olub.

Qeyd edək ki, Baş nazirin müavini, Energetika naziri Kaxa Kaladzenin Tiflis şəhərinin meri vəzifəsinə namizədliyi irəli sürüldükdən sonra o, vəzifəsindən istefa vermişdi.

Baş nazirin digər sərəncamı ilə energetika nazirinin müavini işləmiş İlya Eloşvili energetika naziri təyin olunub.

Tarix
2017.07.12 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla