Yuxarı

Mixail Qusman ali ordenlə təltif edildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman “İtaliya Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Fərmanı İtaliya Prezidenti Sergio Mattarella imzalayıb.

Azərtac xəbər verir ki, Mixail Qusman bu ali mükafata “Rusiya vətəndaşlarının müasir İtaliya siyasəti haqqında məlumatlandırılmasındakı böyük töhfələrinə, xüsusən İtaliyanın müsbət obrazının və Rusiya-İtaliya münasibətlərinin formalaşdırılmasında dəstəyinə görə” layiq görülüb.

Ali dövlət mükafatı olan “İtaliya Respublikası qarşısında xidmətlərə görə” ordeni 1951-ci ildə köhnə kral təltifləri əvəzinə təsis edilib. Bu orden xalq qarşısında ədəbiyyat, incəsənət, iqtisadiyyat, xeyriyyəçilik, ictimai və humanitar sahələrdə xidmətlərə görə təqdim edilir. Ordenin müxtəlif dərəcələri ilə, həmçinin kosmonavt Valentina Tereşkova, musiqiçilər Mstislav Rastropoviç və Valeri Georgiyev, Ermitajın rəhbəri Mixail Piotrovski, Dünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenko təltif ediliblər.

Təntənəli mükafatlandırma mərasimi 2017-ci il sentyabrın 25-də İtaliyanın Moskvadakı səfirliyində keçiriləcək.

Qeyd edək ki, Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. 1995-ci ildən TASS agentliyində işləyir. 1999-cu ildə agentliyin baş direktorunun birinci müavini təyin edilib. Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi və ədəbiyyat və incəsənət sahəsində Rusiyanın Dövlət Mükafatı laureatıdır. Rusiyanın dördüncü dərəcəli “Vətənə xidmətə görə”, “Şərəf” və “Dostluq” ordenləri, “Kazanın 1000 illiyi münasibətilə” medalı, həmçinin Azərbaycanın “Dostluq” və “Şöhrət” ordenləri ilə təltif edilib.

Tarix
2017.07.17 / 23:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla