Yuxarı

Malorusiya layihəsi: Moskva Ukraynanı yox edir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Malorusiya layihəsi:

Ukrayna separatçı qüvvələrə qarşı qabaqlayıcı tədbirlər görməsə, Malorusiyanın ərazisi təkcə Donetsklə məhdudlaşmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq İlqar Vəlizadə Ukraynada Malorusiya adlı yeni qondarma dövlətin yaradılması məsələsini şərh edərkən deyib.

“Ukraynada yeni dövlət yaradılması təşəbbüsü ilə çıxış edən insanlar nəzərdə tuturlar ki, bu dövlətə Ukraynanın rusdilli digər regionları da qoşula bilər. Onlar bununla sözügedən qondarma qurumun həcmini böyütməyi planlaşdırırlar. Bu, əslində, onların planlarından xəbər verir. Onlar qondarma Donetsk Xalq Respublikasının əraziləri ilə kifayətlənməyiblər və digər regionlara göz dikiblər. Əlbəttə ki, bu, çox təhlükəli bir addımdır”, - o bildirib.

Ekspertin fikrincə, Rusiya Ukraynadakı bütün separatçı qüvvələri vahid bir nöqtədə birləşdirsə, Malorusiya layihəsininin effektini görəcək:

“Maraqlısı budur ki, Donetskin irəli sürdüyü bu fikri digər separatçı rejim olan qondarma Luqansk Xalq Respublikası dəstəkləməyib. Donetsklə Luqansk arasında müəyyən ziddiyyətlər var və həmin problemlər ara-sıra üzə çıxır. Belə vəziyyətdə bütün bu separatçı regionları birləşdirmək çətin olur. Təbii ki, proseslərin necə nəticələnməsi konkret siyasi gedişlərdən asılıdır. Əgər Rusiyaya qarşı Qərb tərəfindən hansısa addımlar atılsa, Ukrayna Rusiyaya qarşı daha sərt mövqe qoysa, bu prosesin qarşısını almaq mümkündür. Əks təqdirdə Rusiyanın dəstəklədiyi qondarma qurumların hesabına bu layihənin miqyası böyüyəcək. Malorusiya dövlətinin yaradılması tamamilə olmasa da, yavaş-yavaş Ukraynanın müəyyən hissəsinə, xüsusilə də rusdilli əhaliyə şamil oluna bilər. Əgər Qərbdən real təzyiqlər olsa və Ukrayna Malorusiyanın yaradılması ilə bağlı qabaqlayıcı tədbirlər görsə, bu, sadəcə layihə olaraq qalacaq”.

Qeyd edək ki, qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenko Malorusiya dövlətinin yaradıldığını elan edib.

Tarix
2017.07.19 / 08:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla