Yuxarı

Körfəz ölkələri: Qətər ciddi addım atmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Körfəz ölkələri: Qətər ciddi addım atmır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn diplomatları Nyu Yorkda birgə mətbuat konfransında bəyan ediblər ki, Qətərlə bağlı hər hansı vasitəçilik iyulun 5-də Qahirədə bu dörd ərəb ölkəsinin xarici işlər nazirləri tərəfindən bəyənilmiş 6 tələbdən ibarət sənədə əsaslanmalıdır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, siyahıya ekstremizmə və terrorizmə qarşı mübarizəni dəstəkləmək, təhrikçilikdən, dözümsüzlük və zorakılıq çağırışlarından imtina etmək, İran Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası çərçivəsində imzalanmış 2013-cü və 2014-cü illər sazişlərinə riayət olunması, Ər-Riyadda ərəb ölkələri-ABŞ sammitinin bütün yekunlarına əməl olunması, daxili işlərə müdaxilədən və qanunsuz birləşmələri dəstəkləməkdən imtina olunması, habelə terrorizmə və ekstremizmə qarşı mübarizədə məsuliyyət prinsipinə bütün beynəlxalq birlik ölkələri tərəfindən riayət olunması tələbləri daxildir.

Ərəb ölkələrinin nümayəndələri onu da vurğulayıblar ki, Doha iyunun əvvəlində irəli sürülmüş ilkin tələblərə cavab vermək üçün heç bir ciddi addım atmayıb.

Tarix
2017.07.20 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla