Yuxarı

Viski məhsullarından yanacaq hazırlanır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şotlandiyada tədqiqatçılar viski istehsalında istifadə olunan məhsullardan maşınları işə salmağın sərfəli yolunu tapıblar.

Axar.az xəbər verir ki, hər il 827 min ton dənəli arpa tumları və 2 milyard litr qıcqırdılmış qatı mayeni tullamaq Şotlandiyanın viski sənayesinə 400 min dollara başa gəlir. Edinburqda fəaliyyət göstərən "Keltik Renevables" köhnə fermentasiya (qıcqırtma) üsulundan istifadə edərək bu mayeni yanacağa çevirməyə qərar verib.

Bu yaxınlarda keçirilən nümayişdə onlar biobutanol adlı təmiz mayeni adi Ford maşının bakına töküblər.

Biobutanol maşının yanacaq sisteminə heç bir dəyişiklik olunmadan benzin qarışığının 15 faizini təşkil edə bilər. O həmçinin etanoldan daha aşındırıcıdır və dizel və benzinlə yaxşı qarışır. "Keltik Renevables"in prezidenti Martin Tanqni tullantılardan yanacaq düzəltməyin böyük iş olduğunu bildirib.

“Viski istehsalından çıxan tullantılardan yanacaq düzəltmək imkanları nəhəngdir və bu, ölkənin ən böyük sənayelərindən biri olan viski sənayesinə iqtisadi davamlılıq gətirən böyük sənayeyə çevrilə bilər”.

Şotlandiya hökümətinin maliyyə dəstəyi ilə "Keltik Renevables" gələn il illik yarım milyon litr biobutanol istehsal edə biləcək zavod açmağı planlaşdırır.

Tarix
2017.07.23 / 01:34
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla