Yuxarı

Pakistanda partlayış: 26 ölü, 57 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanda partlayış: 26 ölü, 57 yaralı

Bu gün Pakistanın Lahor şəhərində (Pəncab vilayəti) partlayış nəticəsində azı 26 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

Axar.az xəbər verir ki, GeoTV telekanalının yaydığı məlumata görə, partlayış meyvə-tərəvəz bazarının girişində növbə çəkən polis naryadının yaxınlığında törədilib. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır.

Polis nümayəndələri telekanala bildiriblər ki, terrorçu kamikadze tərəfindən həyata keçirilən partlayışın hədəfi hüquq mühafizə orqanlarının əməkdaşları olub. İlkin məlumata görə, hücum zamanı azı 8 polis işçisi həyatını itirib.

Yerli Express Tribune qəzetinin saytında xəbər verilir ki, hadisə baş verən yer şəhərin ən çox mühafizə olunan rayonlarından biridir – cəmi 100 metrlik məsafədə Pəncabın baş naziri Şahbaz Şərifin iqamətgahı yerləşir.

Hadisə yeri polislər və Pakistan ordusunun hərbçiləri tərəfindən mühasirəyə alınıb, təhqiqat aparılır.

Tarix
2017.07.24 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla