Yuxarı

Prokuror “arvadını sat” dedi, ölkə qarışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokuror “arvadını sat” dedi, ölkə qarışdı

Hindistanda gigiyenanın əhəmiyyətini ictimaiyyətə çatdırmaq istəyən bir bölgə prokurorunun çıxışı ölkəni qarışdırıb.

Axar.az-ın verdiyi xəbərə görə, prokuror Kanval Tanuyun maddi imkanı olmadığı üçün evinə tualet tikdirə bilməyən bir adama “arvadını sat” deməsi cəmiyyətdə qəzəb doğurub.

Prokuror bildirib ki, Hindistan hökumətinin başladığı “Təmiz Hindistan” kampaniyasında fəal olmaq lazımdır. Bu çıxışı zamanı kütlənin içindən biri evinə tualet tikdirməyə pulu olmadığını söyləyib.

Prokuror isə deyib: “Əgər sənin məntiqin budursa, get arvadını sat. Avans deyilən bir şey var, insanlar avans götürür, sonra o pulu faydasız yerlərə xərcləyir. Onun əvəzinə tualet tikdirmək olar. İçkiyə və siqaretə verilən pula tualet tikdirmək mümkündür”.

Sosial şəbəkələrdə birmənalı qarşılanmayan bu çıxış müzakirələrə səbəb olub. Prokuror isə onun fikirlərini kontekstdən çıxarıb təhrif etdiklərini söyləyib.

Tarix
2017.07.29 / 09:07
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan İlham Əliyevi təbrik etdi

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla