Yuxarı

İrəvandan ABŞ-ın Moskvaya sanksiyalarına - Reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvandan ABŞ-ın Moskvaya sanksiyalarına - Reaksiya

ABŞ-ın Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq eməsindən əndişələnmək lazım deyil. Onlar Ermənistanın maraqlarına uyğundur.

Virtualaz.org bildirir ki, bunu "Tert.am"a açıqlamasında politoloq Levon Şirinyan deyib.

Politoloqun sözlərinə görə, ABŞ sanksiyalar vasitəsi ilə Rusiyanın iştahasının qabağını alır.

"Rusiyanın iştahası artıb, o, Donetski, Ukraynanı, Ermənistanı tutdu. Görmürsünüz, Rusiya necə yayılır? O öz hədəflərinə çatmaq üçün bizi necə toqquşmalara itələyir? Ermənistan və Azərbaycan arasında müharibəni məhz Rusiya qızışdırır. Birləşmiş Ştatlar isə öz sanksiyaları ilə bu iştahanın qarşısını almağa çalışır", - deyə Levon Şirinyan qeyd edib.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı aşağıdakı nöqteyi-nəzərə əsaslanaraq götürmək istəyir: "Bu gün onlar rus dilinə rəsmi status verilməsini təklif edirlər, sabah deyəcəklər – dini baxışlarınızı dəyişin. Bu, rus dəst-xəttidir".

Şirinyan əmin edir ki, indiki halda Birləşmiş Ştatların hərəkətləri Ermənistanın maraqlarına uyğundur. "Təmkininizi saxlayın, ABŞ-ın hərəkətləri Ermənistanın maraqlarına zidd deyil", - L.Şirinyan bildirib.

L.Şirinyan əlavə edib ki, əgər Rusiya barəsində Amerika sanksiyaları Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələrə də toxunarsa, onda Ermənistan dərhal bu təşkilatı tərk edəcək.

"Ermənistan Avrasiya İqtisadi Birliyini tərk edəcək; bu bizim mövcudluğumuz məsələsidir. Bu bəyanatı Rusiya analitiki verib, AİB üzvü olan ölkələri qorxutmaq üçün bu da şantajdır. Mən düşünmürəm ki, Birləşmiş Ştatlar AİB ölkələri barəsində də sanksiyalar tətbiq etsin, amma əgər Rusiya Federasiyası bütün sərhədləri keçəcəksə və sakitləşməyəcəksə, onda ABŞ buna da gedəcək", - deyə Şirinyan vurğulayıb.

Tarix
2017.07.30 / 01:04
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla