Yuxarı

Erməni nazir Ukraynada çevrilişə hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabinetində Ukraynanın Daxili İşlər naziri Arsen Avakovun rəhbərliyi altında hakimiyyəti ələ keçirməyə çalışan qrup fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu sözləri Poroşenko Blokundan olan millət vəkili Sergey Leşçenko deyib. Millət vəkilinin sözlərinə görə, Ukraynada onsuz da rəsmi və ya qeyri-rəsmi qaydada heç bir qərar Avakovun iştirakı olmadan qəbul edilmir:

“Onun rəhbərliyi altında fəaliyyət göstərən “Avakov dəstəsi” 3 yerə bölünür:

Təbliğat qrupu: “Xalq cəbhəsi”ndən olan millət vəkili Anton Geraşenko və Avakovun müşaviri Zoryan Şkiryak;

Güc dəstəsi: Avakovun məsləhətçisi İlya Kiva və “Xalq cəbhəsi”ndən olan millət vəkili Yevgeni Deydey;

Biznes qrupu: “Xalq cəbhəsin”ndən olan millət vəkili İqor Kotvitski və biznesmen Aleksandr Pavlyuçenko”.

Sergey Leşçenko bu qrupların Ukraynada rəsmi səviyyədə hakimiyyəti ələ keçirmək üçün birbaşa fəaliyyətə keçməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Avakov Daxili İşlər Nazirliyində mütəmadi olaraq biznesmen və məmurlarla gizli görüşlər keçirir.

Tarix
2017.07.31 / 15:45
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla