Yuxarı

Məsud Bərzanidən Türkiyəni silkələyən açıqlamalar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional rəhbəri (İKRR) Məsud Bərzani Türkiyədə iştirak etdiyi görüşlərdən danışıb. O maraqlı açıqlamalar verib.

"Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, M.Bərzani deyib ki, mənə Diyarbəkirdə 300 cütün evlənmə mərasimi olacağı və mərasimdə iştirak edib-etməyəcəyim barədə sual ünvanlandı: "Mən bunu müsbət dəyərləndirib, dəvəti qəbul etdim. Daha sonra Şivan Pərvərin də iştirak edilməsi istənildi. Təbii ki, Şivan Pərvər iştirak etmək istəmirdi. Mən onunla təkbətək görüşdüm və onu Türkiyəyə gəlməyə razı sala bildim".

Kürdüstan bayraqları məni xoşbəxt etdi

Bərzani Diyarbəkirdə çox yaxşı qarşılandığını və Kürdüstan bayraqlarını görməkdən xoşbəxt olduğunu deyib: "Təsadüfən məktəbdən çıxan kiçik uşaqların əllərində Kürdüstan bayrağını görmək məni çox xoşbəxt etdi. Bir insanın belə qarşılanması həqiqətən qürurvericidir".

Ərdoğana məktub yazdım

Baş nazir Rəcəb Tayyib Ərdoğanın 2005-ci ildəki Diyarbəkirdə çıxışı zaman bir qanuna imza atdığını deyən Bərzani bildirib ki, bundan sonra baş nazirə göndərdiyi məktubda kürd reallığını qəbul etməsindən ötəri hər cür dəstəyi verməyə hazır olduğunu yazıb. Ərdoğanın "Kürdüstan" ifadəsini ilk dəfə istifadə etməsini çox əhəmiyyətli bir inkişaf kimi dəyərləndirən Bərzani deyib:

"Xalqın kürd bayrağını qaldırması və kürd paltarları ilə mərasimlərə qatılması Türkiyə siyasətində əhəmiyyətli dəyişikliklərin olduğunu göstərir. Şivan Pərvər və İbrahim Tatlısəsin "Peşmərgə" marşı oxuması da əhəmiyyətlidir.

Turqut Özal konstitusiyanı dəyişdirmək istədi, ömürü çatmadı

"Turqut Özalı bir neçə dəfə görmək fürsətim oldu. Kürt problemini həll etmək üçün çox səmimi bir görüntüsü vardı. Görüşlərimizdən birində mövcud Konstitusiyada özünün belə oxuduğu zaman utandığı bəzi maddələrin olduğunu və bunların dəyişdirilməsinin lazım olduğunu dedi. Özal, "Bu konstitusiyanı dəyişdirə bilsəm, Türkiyədə kürdlərin haqqlarını verə bilərəm", demişdi. Amma bunları etməyə ömürü çatmadı".

Sunaya göndərdiyimiz məktub qəbul edilmədi

Bərzani daha sonra bildirib ki, atam Molla Mustafa Bərzani 1966-cı ildə Kürd kəndlərinə edilən basqınların qarşısını almaq üçün Birləşmiş Millətlər Təşkilatına və bir çox ölkəyə məktub göndərdi. Bu ölkələrdən biri də Türkiyə idi. Məktubu Almaniyadakı büromuzdan o vaxtkı respublika prezidenti Cövdət Sunaya göndərdik, amma geri gəldi, qəbul edilmədi. Çünki o dövr kürd dili, kürd paltarı və kürd bayrağı qadağan idi.

Süleyman Dəmirəl Şivan Pərvərin həbs olunmasını istədi

"Süleyman Dəmirəl 1977-ci ildə baş nazir idi və Diyarbəkirə səfəri əsnasında bölgədəki bir sıra görüşlər keçirdi. Ona yeni başlayan hadisələrin qarşısının necə alına bilcəyi barədə bir çox təkliflər edildiyi əsnada hər kəsin sözünü kəsərək, Şivan Pərvər adlı gənc sənətçinin tutulmasını istədiyini dedi".

Tarix
2013.11.20 / 23:46
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla