Rusiyalı akademikin
iddiasına görə Türkiyə ilə Rusiya Fətullah Gülənə qarşı
birləşib.
Orta Asiya ilə bağlı xəbərlər yayımlayan ABŞ-ın "Al Monitor"
saytı akademika Vitali Naumkinin Rusiya-Türkiyə münasibətləri
haqqında olan bir məqaləsinə yer verib.
Akademik Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlunun axırıncı
dəfə Moskvaya səfərini şərh edib. Akademikə görə hər iki dövlət
Suriya mövzusunda fərqli düşünsələr də Fətullah Gülən məsələsində
ortaq məxrəcə gəlinib. Naumkin Güləni əsas götürərək Türkiyə ilə
Rusiya münasibətlərini bu cür şərh edib:
Gülənə qarşı olan mövqe Türkiyə və Rusiyanı birləşdirir.
"Rusiya ilə Türkiyənin yaxınlaşmasına səbəb Moskvanın Fətullah
Gülənin fəaliyyətlərinə qarşı hədsiz dərəcədə neqativ mövqeyidir.
Halbuki əvvəllər Baş nazir R.T.Ərdoğan və AKP-nin bu dini şəbəkə
ilə müttəfiq olduğu vaxtlarda Moskvanın bu mövqeyi Ankaranı narahat
edirdi. Lakin indi AKP lideri ilə ABŞ-da yaşayan Gülən arasındakı
soyuq müharibənin alovlanması, hər iki ölkəni Gülənin
fəaliyyətlərinə qarşı ortaq hərəkət etməyə vadar edir".
Gülənin kitabları "Radikal" elan edildi
Yazıda Rusiyada gülən məktəblərinin bağlanmasına və Gülənin bir
çox kitabının Rusiya məhkəməsinin qərarı ilə "radikal nəşrlər"
siyahısına əlavə edildiyinə yer verilib. Ancaq Naumkin bütün
bunlarla bərabər "Rusiya ictimaiyyətinin bir ideoloq olaraq Gülənə
qarşı mövqeyi anlaşılmazdır" cümləsinə də yer verib
/Publika.az/.