Yuxarı

Nazir Putinin gizli planından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Xarici İşlər naziri Yerlan İdrisov Qazaxıstan, Rusiya və Belarus arasında keçən həftə paytaxt Astanada imzalanan Avrasiya İqtisadi Birliyinin Rusiya Prezidenti Vladimir Putinin gizli planı olmadığını bildirib.

Axar.az xəbər verir ki, Yerlov Birliyin tamamilə iqtisadi bir birlik olduğunu vurğulayıb: "Bu birlik barədə kiminsə narahat olmağına ehtiyac yoxdur. Bu ittifaqı "Putinin gizli planı" şəklində xarakterizə etmək həqiqətə uyğun deyil. Biz bu ittifaqa imza atmışıqsa, bu bizim açıq və dəqiq iqtisadi tərəfdaşlığımızın nümunəsidir".

Avrasiya İqtisadi Birliyinin Avropa və Çin ilə əməkdaşlığa daha çox önəm verəcəyini deyən nazir Birliyin yeganə işinin iqtisadi əməkdaşlığı inkişaf etdirməkdən ibarət olduğunu bildirib:

"Qətiyyətlə deyə bilərəm ki, Avrasiya İqtisadi Birliyi siyasi maraqlar üzərində qurulmayıb. Məqsəd iqtisadi münasibətləri bir araya gətirmək və dövlətlərin bundan daha çox fayda götürməsini təmin etməkdir. Kimsənin qorxmasına və ehtiyat etməsinə gərək yoxdur".

Yaradılan birliyin keçmiş Sovet İttifaqının prototipi olmasına münasibət bildirən nazir bu ittifaqla Qazaxıstan iqtisadiyyatının daha çox inkişaf edəcəyinə inandığını deyib.

Tarix
2014.06.02 / 20:58
Müəllif
Şəmsəddin Ensar
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla