Yuxarı

“Qiymətləri Pikassosayağı qoymuşdum…” - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan tanınmış və istedadlı rəssam Azər Vəlinin Markbreit şəhərində rəsm sərgisi keçirilib.

Bu haqda Axar.az-a danışan rəssam həmin günü həyatının ən gözəl sərgisi adlandırıb:

"Bu gün həyatımın ən gözəl sərgisi oldu. Təşkilatçıların dediyinə görə, Markbreit şəhərinə ən azı 20-25 min arası insan gəlib. Sərgimə isə bu gün 5000-dən çox insanın gəldi, onlardan 1000 nəfəri əl işlərimi çox bəyəndi. 500 nəfər insan isə bioqrafiyamı oxuyanda Azərbaycan sözünü təəccüblənərək elə bərkdən səsləndirdi ki, elə bil, əfqanların yenidən Budda heykəli düzəltməyə başladığını gördülər".

Azər Vəli sərginin ticari yekunuyla bağlı zarafatla bunları deyib:

"Hardasa 100 nəfər insan qiymətlərlə maraqlandı, sonda isə bircə nəfər də əl işlərimdən almadı. Həyatımda heç vaxt belə bir sərgim olmamışdı. Günah özümdə oldu. Qiymətləri alman tanışımın məsləhəti ilə Pikassosayağı qoymuşdum - bahalı. Bəlkə də işlərimdən ayrılmaq istəmədiyimə görə…"

Rəssam bütövlükdə sərgidən çox razı qaldığını gizlətməyib:

"Ancaq cox gözəl bir gün oldu. Bu qədər insanın işlərimə baxandan sonra sevgi dolu və təşəkkür ifadə edən baxışlarından sonra yaşamağa və yaratmaga dəyər".

Tarix
2014.06.03 / 00:25
Müəllif
Günel Bədəlova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla