Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


20 “KamAZ” terrorçu Ukraynaya keçdi - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

03.06.12. 12:22

Ukrayna Daxili İşlər Nazirliyinin "Azov" batalyonunun komandanı müavini Yaroslav Qonçar hazırda Rusiya ərazisində olan yüzlərlə terrorçunun Ukrayna sərhədlərini keçməyə hazırlaşdıqlarını bildirib.

Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumatına görə, o bu barədə Feysbuk səhifəsində xəbər yerləşdirib.

Onun sözlərinə görə, separatçıların 20 ədəd "KamAZ" yük maşınından ibarət kolonnanın bu gün, ya da sabah Luqansk vilayətinin Dyakovo- Dmitrovka hissəsindən Ukrayna ərazisinə soxulması gözlənilir. O, terrorçuların hətta bu gün dövlət sərhədini keçəcəyini narahatlıqla dilə gətirib.

Qonçar bildirib ki, 800 nəfər döyüşçünün maneəsiz Ukrayna ərazisinə soxulması üçün yerli separatçılar Snejnidə lazımı hazırlıq işlərini həyata keçirməkdədirlər.

***

01.15

Bu dəqiqələrdə Ukrayna mediasının yerli şahidlərə istinadən xəbərinə görə, avtomobil karvanı artıq sərhəddi rahatlıqla keçə bilib. Vurğulanır ki, həmin vaxt Rusiyaya məxsus daha 5 BTR də sərhəddi keçməyə müvəffəq olub. Təşviş içində olan yerli əhali bildirib ki, Provalye və Kalinino qəsəbələrində sərhədlərin qorunması ümumiyyətlə yox dərəcəsindədir. Terrorçula çox asanlıqla Ukrayna dövlət sərhəddini keçə bilirlər.

Tarix
2014.06.04 / 01:15
Müəllif
Elnur Elmanoğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğandan Trampa mesaj: Yüksək divar inşa etmək...

İstirahət mərkəzində qar uçqunu: 10-12 insan...

Ruhaninin qardaşı hakim qarşısına çıxdı

Türkiyə parlamentinin sədri kim olacaq?

Terrorçuların lideri Türkiyədə müalicə alır? - Şok məlumat

Ukraynasız Avropa yoxdur - Tusk

ABŞ esminesi ikinci dəfə Qara dənizə daxil olur

ABŞ-dan İraqla bağlı gözlənilməz - Açıqlama

Türk əsgərləri S-400 təlimlərinə başlayır

İndoneziyada növbəti güclü zəlzələ

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla