Yuxarı

Şok: Rus terrorçuların hər ukraynalı başı üçün aldığı qonorar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində separatçıların tərəfində savaşan rusiyalı terrorçuların, muzdlu döyüşçülərin kimliyinə və hansı şərtlər daxilində qaynar bölgəyə getmələrinə geniş araşdırma məqaləsi həsr olunub.

Axar.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, soruşulan, aparılan hər bir sorğu qarşı tərəfdən həvəslə cavablandırılıb.

Məsələn, Rusiyanın "Alfa" xüsusi təyinatlı bölməsinin ehtiyatda olan zabiti Mixail Bondarçuk bildirib ki, Rusiyanın hazırladığı muzdluların hamısı peşəkarlardan ibarətdir. Onlar həvəslə ən qaynar döyüş məkanlarına yollanırlar:

"Burada delitantlara yer yoxdur".

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş sədri Nikolay Malomuj da oxşar fikirlər səsləndirib:

"Bu muzdluların hamısı Rusiyanın xüsusi bölmələrinin keçmiş əməkdaşlarıdır. Onların da böyük əksəriyyəti hələ gənc yaşlarından pensiyaya çıxanlardı. Ukrayna vertolyotlarını vuran əsgərlərimizi əsir götürüb işgəncələrə məruz qoyanlar barədə artıq hamıda yetərli məlumat var. Onlar müəyyən bölmələrdə qeydiyyatda olan alçaqlardır. Hər an "of" demədən ukraynalının qanını içməyə hazırdırlar. Əlbəttə, onlar bura elə-belə gəlməyiblər. Bu başkəsənləri hansısa ideyalar deyil, yalnız maddiyyat maraqlandırır. Onlar Ukraynaya məhz "qan arxasınca" gəliblər. Onlara ödənən qonorarlar isə bir çox faktordan asılıdır. Ümumilikdə isə günlərinə 3 mindən 10 min rubla qədər pul alırlar".

Xatırladaq ki, Ukrayna mediası rus mənbələrindən başqa keçmiş prezident Viktor Yanokoviçin yaxınlarının da terrorçulara sponsorluq etdiyini geniş işıqlandırmışdılar.

Tarix
2014.06.03 / 15:30
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla