Ana səhifə Planet |
Dünən fələstinli rəqib qruplar "Həmas" və "Əl Fətih" razılığa gələrək texnokrat hökuməti elan ediblər.
Axar.az xəbər verir ki, mərasimdən sonra çıxış edən dövlət başçısı Mahmud Abbas yeni hökumətin qurulmasına münasibət bildirib:
"Bu gün razılıq hökumətini quraraq milli məsələmizə böyük zərər verən ayrılıqların sona çatdığını elan edirik. Yeni hökumət Yaxın Şərq kvarteti tərəfindən təyin olunan prinsiplərə və daha əvvəl edilən razılaşmalara uyğun hərəkət edəcək".
Qeyd edək ki, İsrail reaktivləri, Fələstində yeni hökumətin and içməsindən bir neçə saat əvvəl Qəzzanın cənub və orta seqmentlərinə hücum edib. İsrailin Baş naziri Benyamin Netanyahu isə bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamada qurulacaq yeni Fələstin hökumətinin tanınmamasını istədiyini söyləmişdi.
Tarix
2014.06.03 / 18:07
|
Müəllif
Nicat Kamal
|