Yuxarı

İspanyada monarxiya əleyhinə aksiyalar başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İspanyada monarxiya əleyhinə aksiyalar başladı

İspaniyada 39 ildir oturduğu taxtdan imtina edən kral Xuan Karlosun istefasından sonra cümhuriyyətçilər referendum keçirilməsi tələbi ilə aksiyalara başlayıb.

Axar.az xəbər verir ki, Madrid, Barselona, Valensiya, Zaragoza, Alikante, Sevilya, Bilbao, Salamanka, Burqos kimi bir çox şəhərlərdə meydanları dolduran respublikaçılar kral Xuan Karlosdan sonra ölkədə monarxiyanın sona çatmasının vacibliyini bildirərək referendum keçirilməsini tələb edib.

Paytaxt Madridin məşhur Sol Meydanını dolduran minlərlə adam respublika bayraqları dalğalandıraraq, "İspaniya, sabah respublika olacaq" şüarı səsləndiriblər. Aksiyaçılar yeni kral olacaq Felipeyə müraciətlə "Felipe, çıx get" deyə qışqıraraq, ispanların bundan sonra referenduma gedərək gələcəklərinə qərar verməsi lazım olduğunu tələb edib.

Bundan başqa Paris, Berlin, Brüssel, Porto kimi Avropanın müxtəlif şəhərlərində də İspaniyadakı monarxiya əleyhdarları aksiya keçiriblər.

Tarix
2014.06.03 / 18:27
Müəllif
Nicat Kamal
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla