Yuxarı

Canlı efirdə 500 min avro üçün Merkelə zəng etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Canlı efirdə 500 min avro üçün Merkelə zəng etdi

Almaniyada xüsusi televiziya kanalı RTL-də yayımlanan "Milyonçu" yarışmasına qatılan Xristian Demokrat Birlik Partiyasının millət vəkili Volfqanq Boşbaç bilmədiyi bir suala görə Baş nazir Angela Merkelə zəng vurub.

Axar.az xəbər verir ki, 14-cü - 500 min avro qazandıran sualda çətinlik çəkən millət vəkilinə "dosta zəng" köməyindən istifadə təklif edilib, ancaq 2 dəfə Merkelə zəng etsə də, ikisində də avtocavablayıcı işə düşüb.

Bundan sonra riskə getmək istəməyən Boşbaç 125 min avro pulu götürərək yarışmanı tərk edib.

Yarışmada baş verən bu hadisə Almaniya mətbuatında və xalq arasında böyük müzakirəyə səbəb olub.

Qeyd edək ki, bu yarışmaya qatılan məşhur simalar əldə etdikləri pul mükafatlarını yardım qurumlarına bağışlayırlar.

Tarix
2014.06.03 / 18:44
Müəllif
Elvin Mahmudov
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla