Yuxarı

Şahnazaryan: ”Ermənistan təhlükə altındadır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən 23 il ərzində Ermənistan öz müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində lazımı addımlar atmalıydı".

Axar.az-ın məlumatına görə, bu sözləri "Anlaşma" Mərkəzinin rəhbəri David Şahnazaryan Avrasiya İqtisadi İttifaqının perspektivlərinə dair tədbirdə belə deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın dövlətçiliyi təhlükə altındadır:

"Hazırda dövlətçiliyimiz təhlükə altındadır. 23 ildə tutarlı addımlar atmamışıq. Baxın, Gürcüstan, Moldova və Ukrayna öz dövlətçiliyi uğrunda ölüm-dirim mübarizəsi aparır. Bu o ölkələrdir ki, hakimiyyətlər seçki yolu ilə dəyişdirilib. Bizdə isə bu, baş verməyib. İctimaiyyət nümayəndələri əməli işlərə keçməlidir, ölkə Konstitusiyasının mövcudluğunun unudulmasına imkan verməməlidir. Bunu nə dövlət, nə də digər tərəflər etmək fikrindədir".

Şahnazaryan əlavə edib ki, Rusiyanın əsas məqsədi Azərbaycanla əməkdaşlığı genişləndirmək və bölgədə müəyyən məsələlərə nəzarəti ələ almaqdır. Nəticədə də rus sülhməramlıları adı altında öz bölmələrini Qarabağa yerləşdirməkdir. Erməni mütəxəssis daha sonra bildirib ki, ATƏT-in amerikalı həmsədri Uorlikin narahatlığı da bununla bağlıdır: "Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olarsa, münaqişənin həllində ciddi problemlər yaşanacaq. Çünki Rusiya imperiya ambisiyasından əl çəkməyib".

Qondarma Dağlıq Qarabağ qurumunun təhlükəsizliyi baxımından Ermənistanın Rusiyanın olduğu qurumlarda təmsilçiliyinə ehtiyacın duyulması məsələsinə toxunan Şahnazaryan bildirib ki, ölkəsi ilə Kremlin maraqları heç vaxt üst-üstə düşməyib:

"Hərbi hissələrini saxlamaq üçün Rusiya Ermənistandan bir plasdarm kimi istifadə edir. Problemlərimizi özümüz həll etməliyik. Qonşularımızla normal əlaqələr qurmalı, problemlərimizi də layiqli şəkildə həll etməliyik. İranla əlaqələri genişləndirməliyik. Rusiyanın orbitindən çıxmalıyıq. Ermənistan dünyadan təcrid vəziyyətindədir. Nəhayət, bizə demokratik Ermənistan lazımdır".

Tarix
2014.06.04 / 11:33
Müəllif
Elnur Elmanoğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla