Yuxarı

Jirinovskinin deputatının mandatı əlindən alındı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatı Aleksey Mitrofanov və Çelyabinsk senatoru Konstantin Tsibkonun toxunulmazlıq hüququ ləğv edilir. Bu prosedur, hər iki məmurun adlarının dələduzluq cinayətində çəkilməsi ilə bağlı olduğu bildirilir.

Baş prokurorluqdan Dumanın sədri Serqey Narışkinin adına hələ may ayında müraciət göndərib.

Bu gündən etibarən isə, hər iki məmur toxunulmazlıq statusundan məhrum olunur.

Parlamentin reqlament və təşkilatçılıq işləri üzrə komitənin üzvü Valeriy Yakuşevin sözlərinə görə, Mitrofanovun mandatının əlindən alınması qərarı yaxın 10 gün ərzində həll olunacaq.

Deputat özü isə jurnalistlərə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Baş Prokurorluğun müraciəti qəsb və dələduzluq maddələri ilə bağlıdır. Deputatın adı hələ ötən il şantaj və qəsb etmə ilə bağlı maliyyə qalmaqalında hallanmışdı. Verilən məlumata görə, ilkin araşdırma zamanı, Mitrofanov və onun köməkçisi Aleksandr Derevşikov, həmçinin məhkəmə icraçısı Radiş Sutiev, biznesmen Vyaçeslav Jarovdan 200 min ABŞ dolları məbləğində rüşvət tələb ediblər. Bu məbləğ, guya məhkəmədə qərarın Derevşikovun xeyrinə qəbul olunması üçün tələb olunurdu / Teleqraf.com/.

Tarix
2014.06.04 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla